Hava dumanlı, küləkli, şaxtalı olacaq, bəzi yerlərdə qar yağacaq-SABAH

Yanvarın 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Yanvarın 31-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Etikxeber.az

Read Previous

Müdafiə Nazirliyindən əsgər valideynləri və yaxınlarına-MÜRACİƏT…

Read Next

“Əlillik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil”-NAZİRLİK BELƏ İDDİA ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir