Hava dumanlı olacaq-SABAH

Martın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə arabir duman olacaq.

Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

Etikxeber.az

Read Previous

“Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın!”-MEHRİBAN ƏLİYEVA

Read Next

Cəmi 5 ayın Əsgəri olan Şəhid Miqdad Abduləlimovun-21 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, OCAĞINDA MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir