Hava küləkli olacaq-SABAH

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40% olacaq.

Avqustun 15-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

Etikxeber.az

Read Previous

Ukrayna tərəfindən Rusiya ordusunun daha üç bazası və üç sursat anbarı məhv edildi-XERSONDA

Read Next

19 yaşında, müharibənin düz bir ayının tamamında Şəhid olan və atasının doğum günündə torpağa tapşırılan Kamran Qasımov: ŞƏHİDİN ANASINA “VƏTƏN NAMİNƏ”-NİN “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir