Hava küləkli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 14-17° isti, gündüz  20-24° isti, Bakıda gecə  15-17° isti, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 10-da gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub

Read Next

“Saakaşvilinin koalisiya ilə hakimiyyət qurmaq şansı var” – ASLAN İSMAYILOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir