Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyinin və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin bir-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinin, qorxu və təşviş içində olmalarının sübutudur.
Bunu Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnasakyanın “Lazım gələrsə, Mingəçevir SES-ə dərhal zərbə endiriləcəyi” barədə dedikləri ilə bağlı Etikxeber.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
“Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddətdə məhv etməyə qadirdir. L.Mnakasyanın budəfəki absurd bəyanatına gəlincə isə, Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir. Düşmən tərəf belə məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var ki onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”, – deyə Müdafiə Nazirliyinin cavabında xüsusi vurğulanıb.
Etikxeber.az