Hava pisləşəcək-intensiv yağış, dolu, qar, güclü külək gözlənilir – XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında aprelin 9-dan 10-na keçən gecədən başlayaraq 12-dək şimal-qərb küləyinin əsəcəyi, 15-20, arabir 23-25 m/s, 10-u gün ərzində, 11-i gecə və səhər bəzi yerlərdə arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 10-u günün ikinci yarısından 12-si gündüzədək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir 18-23 m/s, 10-11-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı gözlənilir.  

Etikxeber.az

Read Previous

Milli Məclisdə komitə sədri ilə daha bir Qazinin-İKİ MEDALLI TƏRLAN BABAŞOVUN GÖRÜŞÜ BAŞ TUTDU VƏ… – FOTOLAR

Read Next

MM-in aprelin 13-də keçiriləcək iclasında 9 məsələ müzakirə olunacaq-BU DƏFƏ VÜQAR GÜLMƏMMƏDOV HESABAT VERƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir