Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq-XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, noyabrın 16-da hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Noyabrın 15-i axşam Azərbaycanın şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Etikxeber.az

Read Previous

Belçika və Fransa dünya çempionatının final mərhələsinə vəsiqə qazandı-ŞANS TÜRKİYƏNİN ÜZÜNƏ DƏ GÜLƏCƏKMİ?

Read Next

“Oğlumun müharibədən qayıtmasına hazırlaşırdım, onu qarşılamaq üçün hazırlıq da görmüşdüm, amma…”-ŞƏHİD AĞACAN RƏSULOVUN ANASI PAKİZƏ XANIM – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir