Hava sabah-NECƏ OLACAQ?

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-dən Etikxeber.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.

Etikxeber.az

Read Previous

Bir il keçdi: BU GÜN AİLƏNİN TƏK, ALİ TƏHSİLLİ VƏ SUBAY OĞLU NİCAT ŞÜKÜRLÜNÜN ANIM GÜNÜDÜR…-FOTOLAR – YENİLƏNİB

Read Next

İki övlad atası, peşəkar hərbçi, Gizir, “Qarabağ” ordenli-ASƏF ƏSGƏROVUN MƏZARININ ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ – FOTOSESSİYA – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir