Hava sabah yağmursuz olacaq

Noyabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4°, gündüz 6-9° isti, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək, 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

195 nömrəli marşrut xətti üzrə xidməti göstərən daşıyıcı şirkətin müqaviləsinə xitam verildi

Read Next

Ramana-Maştağa avtomobil yolunda işlər yekunlaşıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir