Hava yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq-SABAH

Martın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək.

Bəzi yerlərdə arabir duman.

Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq.

Etikxeber.az

Read Previous

Sabah Cənnətdəki altıncı doğum günü, 26 yaşı tamam olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞÜKÜR HACIYEV… – FOTOLAR

Read Next

8 martda dünyaya gələn və bu gün Cənnətdəki altıncı doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-GORANBOYLU ELŞƏN ZEYNALOV, MİNGƏÇEVİRLİ PƏRVİN HƏMİDOV VƏ ŞAMAXILI MÜŞFİQ MƏCİDOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir