Havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır – Nazirlik

Bu günlərdə Azərbaycanda havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır.

Etikxeber.az-ın verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, əvvəldən də xəbər verildiyi kimi, Azərbaycanda bir neçə gündür qeyri-sabit və yağıntılı hava şəraiti davam edir.

Yağışlar bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlara sulu qar və qar yağıb. Ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti oktyabrın 27-dək davam edəcək. Artıq sabahdan əksər bölgələrdən başlayaraq yağıntılar tədricən kəsiləcək.

Etikxeber.az

Read Previous

Qeyri-sabit hava şəraiti 50-dək yaşayış məntəqəsini işıqsız qoyub

Read Next

Əliyev daha 3 səfirin etimadnaməsini qəbul etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir