Havanın temperaturu yüksələcək-GƏLƏN HƏFTƏNİN SONUNDA

Artıq bir neçə gündür ki, İspaniya, Fransa və digər Avropa ölkələrində qeyri-adi istilər müşahidə edilir. Havanın temperaturu 40 dərəcə yüksəlib.

Etikxeber.az məlumat verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Deyib ki, bu cür istilərin bizim ölkəmizdə də olacağı barədə sakinlərimiz bizə suallarla müraciət edirlər:

“Sinoptik şəraitin təhlili göstərir ki, paytaxtda gələn həftə ərzində maksimal temperatur kölgədə 34 dərəcəyə yaxın olacaq, iyun ayının 22-də 37 dərəcəyədək yüksələcək”.

O, qeyd edib ki, iyunun 22-də axşam şimal küləyinin güclənməsi ilə bağlı ayın 23-24-də temperatur bir qədər aşağı enəcək və 32-34 dərəcə intervalında olacaq.

Umayra Tağıyevanın sözlərinə görə, gələn həftənin sonunda isə havanın temperaturu yenidən yüksələcək.

Etikxeber.az

Read Previous

Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub-MN – YENİLƏNİB

Read Next

Vicdanınızın səsinə qulaq asın və xəstə övladı ilə taleyin amansız axarına buraxılan Şəhid bacısına dəstək olun!- KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir