Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şərqdə ilk dəfə 100 il əvvəl demokratik cümhuriyyət olan Xalq Cümhuriyyəti yaradılıb.
Etikxeber.az xəbər verir ki, bunu mayın 7-də Bakıda – Milli Məclisdə (MM) keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edən Azərbaycan prezidentinin İctimai-syiasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Ə. Həsənov deyib ki, 1991-ci ildə müstəqillik qazananan Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Onun sözlərinə görə, Azərbaycanda hüquqi və demokratik dövlətin qurulması, azad iqtisadi münasibətlərin formalaşdırılması başlıca məqsəd kimi qarışya qoyulub:
“Təssüf ki, Azərbaycan müstəqiliyinin ilk illərindən Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib. Beynəlxalq siyasi vəziyyət və dövlət qurumlarının o vaxtkı rəhbərlərinin naşılığı sayəsində Azərbaycanda tənəzzül qeydə alınıb. Ancaq Heydər Əliyevin hakimyityətə gəlişi ilə inkişaf və liberal iqtisadiyyata keçid təmin eilib. 1995-ci ildə qəbul edilmiş Konstitusyiada isnan hüquqlarının təmin edilməsi, liberal iqtisadiyyata keçid əksini tapıb. Prezident İlham Əliyevin siyasətinin məğzində insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının inkişafı durur və bu istiqamətdə ardıcıl siyasət həyata keçirilir”.

Azərbaycanda partyia, QHT və KİV-lərin statistikası barədə də məlumat verən prezidentinin köməkçisi qeyd edib ki, ölkədə siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait yaradılıb:
“Qanunda partiyaların dövlət qeydiyyatına alınması üçün çox sadə tələblər müəyyənləşdirilib. Nəticədə 55 partyia dövlət qeydiyyatından keçib. 2012-ci ilin mayında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Hər il dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2, 5 milyon manat vəsait ayrılır. Bu vəsaitin 40 faizi parlamentə seçilmiş partiyalar arasında proporsional, 50 faizi deputatların sayına uyğun olaraq proporstonal olaraq bölünür. Vəsamtin 10 faizi isə son parlamentdə seçkilərində ən azı 3 faiz səs toplamış partiyalar arasında bölünür. Hazırda 7 müxalifət partyiası Milli Məclisdə təmsil olunur”.
O, həmçinin nəzərə çatdırıb ki, qanunvericilik QHT-lərin azad və sərbəst fəaliyyət göstərməsini təmin edir.
Ə. Həsənovun dediyinə görə, Azərbaycan dövləti hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, o cümlədən, Gənclər Fondu vasitəsi ilə QHT-lərin layihələrini maliyyələşdirir:
“Digər dövlət qurumlarının xətti ilə də QHT-lərin layihələri maliyyələşdirilir. Dövlət və ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizminin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanacaq. Mühüm dövlət proqramlarının hazırlanmasına QHT-lərin cəlb edilməsi təmin olunacaq. 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” qanun da məhz bu məqsədə xidmət edir. Qanuna əsasən mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralar yaradılıb”.
Ə. Həsənov elektron hökumətlə bağlı görülən işlərdən da danışıb:
“Bu sahədə əsas məqsədlərdən biri də QHT-lərə elektron xidmətlərin göstərilməsidir. Məsələn, QHT-lər üçün fərdi elektron pəncərələr yaradılıb”.
Prezidentin köməkçisi sonra deyib ki, Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub. Ə. Həsənovun bildirdiyinə görə, Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumuna xəbərdarlıq edərək qəzet yarada bilər:
“Elektron sayt yaratmaq üçün isə domen almaq kifayətdir. Əhalinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-in sayı isə 5 min 100-ə çatıb. Prezident İlham Əliyev hesab edir ki,ölkədə siyasi islahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





