“Hazırda bəşəriyyətin ən böyük problemi koronavirus deyil, maskalanmış keçmiş imperiyalar, onların ambisiyalarıdır”-SABİQ MİLLƏT VƏKİLİ

Hazırda dünyanın siyasi xəritəsində imperiyalar yoxdur – ən azından, rəsmi olaraq.

Bütün məlumatlara, görə Yer üzərində böyüklü, kiçikli 200-ə yaxın “adi dövlət ” var.

Lakin…

Bir vaxtlar tarixin lokomotivi olmuş, dünyanı cəmi 5-10 parçalara bölərək,bütün sərvətləri sümürmüş, millətlərin, xalqların dilini, dinini, milli kimliyini əlindən almış, assimilyasiya etmiş, yüzlərlə etnosu tarixin səhnəsindən silmiş imperiyaların kölgəsi hələ də planetimizdə dolaşmaqdadır.

Qarabağdan tutmuş Abxaxiyaya, Krıma, Donbasa, Dnestryanına, Yaxın və Orta Şərqə, Mərkəzi Afrikaya, Uzaq Şərqə… qədər uzanan ərazilərdəki bütün regional konfliktləri, etnik münaqişələri alovlandıran elə keçmiş, indiki imperiyalardır.

Onlar “parçala, hökm sür !” prinsipindən ayrı yaşaya bilmirlər.

Nəyə görə 30 – ilə yaxındır ki, biz Qarabağı, işğaldakı digər ərazilərimizi qaytara bilmirik?

Çünki bu münaqişənin arxasında Rusiyanın imperiya maraqları durur. Qarşımızda tək erməni olsaydı, problemi çoxdan həll edərdik.

Bu gün dünyada sülhə, əmin-amanlığa cavabdeh olan BMT-nin əsas orqanı olan Təhlükəsizlik Şurasının 5 daimi üzvü də keçmiş imperiyaların “centlmen klubu “-nu xatırladır.

Nəhəng ağacların budaqları onun altındakı pöhrələri, çiçəkləri boy atmağa qoymadığı kimi, keçmiş imperiyaların kölgəsi də ətrafdakı dövlətlərə xalqlara göz verir, işıq vermir.

Baxın, dünyaya demokratiyadan, insan hüquqlarından dərs keçən Böyük Britaniya hələ də müstəmləkə keçmişindən bərk -bərk yapışıb.

Onun yaratdığı Millətlər Birliyinə 54 ölkə daxildir ki, onların 16-sında, o cümlədən Kanada, Yeni Zelandiyada kraliça II Yelizaveta dövlət başçısı hesab olunur.

Hazırda bəşəriyyətin ən böyük problemi koronavirus deyil, maskalanmış keçmiş imperiyalar, onların ambisiyalarıdır.

Axtarsan, bəlkə də, koronovirus da onların maraqlarına işləyir.

Bir sözlə, Allah bütün imperiyaları dağıtsın!

Bəlkə onda Yer üzündə axan qan dayanar!

Mayis SƏFƏRLİ,

Sabiq millət vəkili

Etikxeber.az

Read Previous

“Xalqımıza məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir”-DEPUTAT

Read Next

“Nazirimiz mənə deyəndə Bakıya gedirsən, gözləmədiyim bir xəbər idi və gerçəkdən sürpriz oldu…”-NOVBƏR VECHİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir