Heç bir ölkə terrorçuluq və ekstremizmdən sığortalanmayıb – FƏTƏLİYEVA

Deputat: Azərbaycan da terrorçuluğa məruz qalan bir ölkədir

Bu gün biz həssas dünyada yaşayırıq və dünyada heç bir ölkə terrorçuluq, radikallıq və ekstremizmdən sığortalanmayıb.

Azərbaycan da terrorçuluğa məruz qalan bir ölkədir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva  parlamentdə Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal konfransında deyib.

pai-17

S.Fətəliyeva bildirib ki, 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır və qonşu Ermənistanın etnik təmizləməsi nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurdlarını tərk etməyə məcbur olaraq qaçqın və məcbri köçkün vəziyyətinə düşüblər.

Komitə sədrinin müavini vurğulayıb ki, bu işğal zamanı törədilmiş etnik təmizləmə terrorun hər bir ölkə üçün necə təhlükəli olmasının bariz nümunəsidir.

S.Fətəliyeva bildirib ki, gənclər radikal ideyalara qarşı həmişə həssas olublar. Bu baxımdan gəncləri qorumağın zəruriliyini vurğulayan S.Fətəliyeva Azərbaycanda gənclərə böyük diqqət və qayğının göstərildiyini qeyd edib.

Millət vəkili əlavə edib ki, dünyada bəzi terror təşkilatları özlərini İslam təşkilatı kimi təqdim edərək İslamın adına xələl gətirirlər və gəncləri pis yola sürükləyirlər.

Komitə sədrinin müavini həmçinin qeyd edib ki, dünyada etnik və dini zəmində yaranan münaqişələrin sayı get-gedə artmaqdadır:

“Azərbaycan öz dözümlülük ənənələrini qoruyub saxlayır. Müxtəlif dinlərə və etnik qruplara mənsub olan xalqlar əsrlər boyu Azərbaycanda yaşayır və ona görə də tolerantlıq və multikulturalizm ideyaları həyatımızın ən dəyərli hissəsidir və eyni zamanda dövlət siyasətinin proritetlərindən biridir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Suriyalı deputat ölkəsindəki dəhşətlərdən danışdı: YERLƏ-YEKSAN OLUNUB

Read Next

Əcnəbi xanım parlamentari Milli Məclisdəki nahardan razılıq etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir