Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ayda bir dəfə seçicilərlə görüşməyi nəzərdə tuturam. Bununla yanaşı, telefonlarım hər zaman açıqdır, eyni zamanda, inboxuma-mesaj qutuma yaza bilərsiniz. “Facebook”-dakı şəxsi profilimi bir qədər məhdudlaşdıracağam, amma rəsmi səhifəmə hər zaman yaza, fikirlərinizi, təkliflərinizi bildirə bilərsiniz.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov seçiciləri ilə “Facebook” üzərindən yaratdığı canlı yayında bildirib.
“Ayda ən azı bir dəfə canlı yayınla görüşünüzə gəlmək fikrindəyəm. Amma bununla belə, hər ayın son günlərdə sizlərlə rayonda, yerlərdə görüşmək istərdim. Eyni zamanda, çox istərdim ki, bu müddətdə karantin rejiminin şərtlərinə, tələblərinə əməl edəsiniz. Hər şeyi dövlətdən gözləmək olmaz. Özünüzdən də çox şey asılıdır…”-deyən millət vəkili heç bir problemi gözardı etmədiyini və etməyəcəyini, onların həlli istiqamətində addımlar atacağını da sözlərinə əlavə edib.

Etikxeber.az





