“Heç bir qüvvənin buna gücü çatmaz…” – ELDAR İBRAHİMOV

“Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı tərəfindən Azərbaycanın istər siyasi, istər iqtisadi həyatı, istərsə də gələcək inkişaf istiqamətləri, prioritetlərimiz, hədəflərimiz ilə bağlı  növbəti çox mühüm, çox vacib mesajlar, çağırışlar səsləndirildi, bir sıra tapşırıqlar və göstərişlər verildi. Ölkə başçısının geniş və məzmunlu nitqi belə demək mümkünsə, proqram xarakterli bir çıxış idi və onun ətrafında hələ uzun müddət müzakirələr, diskussiyalar aparılacaq. Bu çıxış inkişaf yolumuza işıq salacaq,  Azərbaycanımızın daha da güclənməsində və qüdrətlənməsində zaman-zaman öz müsbət  töhfəsini verəcək”.

musavira-ilya-2

Etikxeber.az xəbər verir ki, bunu professor, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dilə gətirib.

Komitə sədri bildirib ki, ölkə Prezidenti çıxışnda ölkə həyatı ilə bağlı elə bir sahə, elə bir məsələ olmayıb ki, ona toxunmasın, münasibət bildirməsin.

E. İbrahimovun qeyd etdiyinə görə, çıxışında ölkənin iqtisadi həyatına toxunan İ. Əliyevin bəyan etdiyi kimi, 2017 -ci ilin birinci rübündə də ölkəmiz uğurla inkişaf edib,  verilən bütün proqnozlar  həyatda öz əksini tapıb.

“Xatirinzdədirsə, hələ keçən ilin sonlarında çıxışı zamanı cənab Prezident tam əminliklə qeyd etmişdi ki, 2017-ci ildə ölkəmizin sürətli inkişafı təmin ediləcək. Həyat, 2017-ci ilin birinci rübünün nəticələri də bir daha göstərdi ki, dövlət başçısı öz fikirlərində nə qədər haqlıymış. Yəni, ötən illərdə olduğu kimi, hətta, dünyanı başına götürmüş maliyyə-iqtisadi böhrana baxmayaraq,  Azərbaycan 2017-ci ildə də, daha doğrusu, ilin birinci rübündə də  öz inkişaf tempini qorub saxlaya bildi,  bütün sahələrdə çox sürətlə inkişaf etdi və bu  inkişaf yoluyla da gələcəyə doğru inamla addımlamaqdadır”- deyən E. İbrahimov vurğulayıb ki, heç bür qüvvə də  ölkəmizi bu inkişaf yolundan sapdıra, döndərə, onu öz relsindən çıxara bilməz:

musavira-ilya

“Heç bir qüvvənin buna gücü çatmaz və yetməz. Çünki Azərbaycvan dövləti, onun sükanı etibarlı əllərdədir. Azərbaycana İlham Əliyev kimi qüdrətli, dünyada sözükeçən və hesablaşılan bir dövlət başçısı rəhbərlik edir. Bu, bizim ən böyük uğurumuzdur”.

Komitə sədri eyni zamanda deyib ki, ölkə başçısı çıxışında Emənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə də  hər zamankı kimi  geniş yer ayırıb, önəmli mesajlar verib.

“Cənab Prezidentin də vurğuladığı kimi, Qarabağ münaqişəsi həmişə  diqqət mərkəzində olub. Çünki Qarabağ məsələsi sıradan bir məsələ deyil, bu məsələ xalqımızın, dövlətimizin ən böyük və ümummilli bir problemidir. Bu baxımdan, cənab Prezident çox haqlı olaraq bildirdi ki,  “baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində işğala son qoyulması deməkdir. Hesab edirəm, Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar”.

Təbii ki, başqa cür də ola bilməz. Artıq gələn il Qarabağ hadisələrinin, erməni separatizmin başlamasının 30 ili tamam olur. Ancaq çox böyük təəssüflər olsun ki, beynəlxalq birlik, supergüclər, Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzrəinə götürən dövlətlər, ATƏT-in Minsk qrupu, xüsisilə, Minsk qrupunun həmsədrləri ötən bu illər ərzində təcavüzkarın, işğalçının geri çəkilməsi, cəzalandırılması, Azərbaycanın haqqının bərpası istiqmətində heç bir yetərli addım atmayıblar. Əksinə, bir çox hallarda, öz davranışları, yanlış addımları, ikili, üçlü standartları ilə işğalçıya, təcavüzkara açıq-gizli dəstək verib, onu növbəti haqsız və ədalətsiz hərəkətlərə stimullaşdırıblar.

Bu baxımdan, Azərbaycan dövləti və cəmiyyəti olaraq da haqlı tələbimiz odur, ondan ibarətdir ki, münaqişənin həllini üzərinə götürən vasitəçilər, həmsədrlər, həmsədr dövlətlər nəhayət, sözdən, quru bəyanatlardan əl çəkib, münaqişənin ədalətli həlli və Ermənistanın cəzalandırılmması istiqamətində ardıcıl, konkret addımlar atsınlar. Onlar buna borcludurlar və məsuliyyət daşıyırlar. Əks təqdirdə, ölkə Prezidentinin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində lazım olan bütün vasitələrdən istifadə edəcək və düşmənə gərəkən layiqli cavabını verəcək, münaqişəyə son qoyacaq.

Ancaq sülh, danışıqlar limiti hələ tam bitmədiyi biz Qarabağ münaqişəsinin dinc yolla həllini istəyirik və bunu öz əməli addımlarımızla  da hər zaman nümayiş etdiririk…”– deyə, komitə sədri sonda sözlərinə əlavə edib.

eldar-2

Etikxeber.az

 

 

 

Read Previous

Bu ilin axırınadək dövlət büdcəsinə 50 milyon manatadək vəsait daxil olacaq – NAZİR

Read Next

7 kəşfiyyatçının həyat hekayəsi gənclərimiz üçün əsl qəhrəmanlıq örnəyidir – DEPUTAT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir