Heç bir şəhər, rayon və kənd yerinin qaz təchizatında məhdudiyyətlər yaranmayıb – “Azəriqaz”-ın iddiası

“Ölkədə qarlı və şaxtalı hava şəraiti ilə bağlı heç bir şəhər, rayon və kənd yerinin qaz təchizatında məhdudiyyətlər yaranmayıb”.

Etikxeber.az xəbər verir ki, bunu “APA-Economics”ə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, hazırda tələbata uyğun qazın verilişi təmin olunur: “Qəza halları baş verərsə, “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi lazımı alət-avadanlıqla tam təchiz olunub ki, problem dərhal aradan qaldırılsın. Ancaq hazırda hava şəraiti ilə əlaqədar heç bir təmir işləri aparılmır”.

İ. Kərbəlayev bildirib ki, təbii qazın verilişində də artım var: “Bu gün ötən günə nisbətdə qaz sərfiyatında 1 mln. 150 min kubmetr artım var. Təbii ki, havalar soyuduqca təbii qaza tələbat da artır, tələbat artdıqca da sərfiyyat artıq olur”.

Etikxeber.az

Read Previous

Atəşkəs rejimi 21 dəfə pozulub

Read Next

“Bəzi sürücülər işimizə əngəl törədir…” – “Azəravtoyol” “minnətli” danışdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir