“Heç görmüsünüzmü ki, qəbiristanlıqlarda ərik ağacı əkilsin?..” – ELDAR İBRAHİMOV – YENİLƏNİB

Qəbiristanlıqların yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilməsi qadağan olunur

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin dekabrın 15-də keçirilən iclasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişikliyi nəzərdə tutuan qanun layihəsi müzakirə olunub.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri, professor Eldar İbrahimov mövcud qanunun 7-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur.

Yəni, sözügedən qanunun 7.2-ci maddəsində “stadionların” sözündən sonra “qəbiristanlıqların” sözünün əlavə edilməsi nəzərdə tutulur.

Bununla da qəbiristanlıqların yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilməsi qadağan olunur.

***

eldar-bdu

“Bildiyiniz kimi, bəzi torpaq sahələri xüsusi mülkiyyətə verilir. Kimsə qəbiristanlıqları da xüsusi milkiyyətə keçirmək istəyə bilər. Ancaq müvafiq dəyişiklik bunu qadağan edir, yəni, qəbiristanlıqların yerləşdiyi torpaqlar xüsusi mülkiyyətə verilə bilməz”-deyə, E. İbrahimov bildirib.

Komitə sədri qəbiristanlıqlarda şam ağaclarının çoxluğuna da toxunaraq bildirib ki, əslində digər ağacların, xüsusilə, meyvə ağaclarının burada əkilib- becərilməsi düzgün olmaz.

“Özünüz də görürsüz ki, qəbiristanlıqlarda şam ağacları çoxluq təşkil edir. Amma bir dəfə görmüsünüzmü ki, qəbiristanlıqlarda ərik ağacı əkilsin?.. Bu, lazım deyil. Kimsə xəstələnir, rəhmətə gedir, qəbiristanlıqda basırılır, orada ərik ağaçı əkilsə, o zaman  orada dəfn olunun həmin adamın xəstəliyi də hava, torpaq vasitəsilə sağlam adama keçə bilər. Elə ona görə də yaxşı edirlər ki, meyvə ağaclarını orada əkmirlər…”-deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.

Millət vəkillərindən Cavanşir Paşazadə, Eldar Quliyev də qanun layihəsi ilə bağlı fikirlərini söyləyib, təklif olunan dəyişikliyi dəstəkləyiblər.

Müzakirələrdən sonra qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Riberi “Bavariya”nın heyətində rekorda imza atdı

Read Next

“…Gedin, işinizlə məşğul olun, biz müharibə aprırıq!” – ZİYAFƏT ƏSGƏROV – YENİLƏNİB (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir