“Heç kəsi naümid qaytarmaq olmaz, insanları dinləyib, dərdinə şərik olmaq, aidiyyatı dövlət orqanına istiqamətləndirmək lazımdır…”-MİLLƏT VƏKİLİ

Yalnız bu gün (11 apreldə) 300-dən çox online müraciət cavablandırmışıq. 21 vətəndaşla telefon söhbətimiz olub. Çox cüzi istisnaları çıxmaq şərti ilə, hərənin özünə görə bir problemi var. Düzdür, müraciətlərin çoxu, maddi yardım, işə düzəlmə kimi mənim səlahiyyətimə daxil olmayan məsələlər, habelə “məni tapşır” kimi qanunazidd istəklərdən ibarət olur, lakin mən o düşüncədəyəm ki, heç kəsi naümid qaytarmaq olmaz, heç olmasa, insanları dinləyib, dərdinə şərik olmaq, aidiyyatı dövlət orqanına istiqamətləndirmək lazımdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Bu çətin günlərdə insanları ümidsiz, tək buraxmaq olmaz və buraxmarıq da. Digər tərəfdən, əgər 50 milyonluq bir xalqın lideri cənab İlham Əliyev özünü vətəndaşının xidmətçisi sayırsa, bizim başqa yol tutmağa ən azı mənəvi haqqımız yoxdur…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Ermənistanda Paşinyanın “optimizmi”ni bölüşmürlər… – “ATLAS” ARAŞDIRMALAR MƏRKƏZİ

Read Next

“…Həm də beynəlxalq sükuta son qoydu”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir