“Heç kimə siyasi baxışlarına, siyasi mənsubiyyətinə, əqidəsinə görə təzyiq göstərilməyib…”-MİLLƏT VƏKİLİ

1993-cü ilin iyunundan, xüsusilə də, 2003-cü ilin oktyabrından bu yana bütün sahələrdə olduğu kimi, siyasi sahədə də hər zaman islahatlar, yenilənmələr, dəyişikliklər ab-havası, mərhələsi yaşanıb. Bu sahədə də böyük uğurlara nail olunub. Ölkədə siyasi plüralizm mühiti, çoxpartiyalılıq mövcuddur. Hazırda Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş 50-dan artıq partiya var. Bugünlərdə də daha iki müxalifyönlü partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçirildi. Bu illər ərzində də heç kimə siyasi baxışlarına, siyasi mənsubiyyətinə, əqidəsinə görə təzyiq göstərilməyib. Hətta, ayrı-ayrı məmurlar tərəfindən buna cəhdlər olubsa belə, dərhal qarşısı alınıb, özü də dövlət rəhbərliyi tərəfindən.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

E. Səlimov qeyd edib ki, bu gün ölkədə hər kəs, hər bir qüvvə sərbəst toplaşmaq, seçib-seçilmək hüququna malikdir.

“Kimsənin seçiminə, şəxsi yanaşmasına müdaxilə edilməyib və edilmir. Kim bunu iddia edə bilməz. Hər kəs bu məsələdə sərbəstdir, azaddır. Hətta, ölkəmizə qarşı xoş, sağlam mövqeyi ilə seçilməyən qüvvələr, mərkəzlər, bəzi beynəlxalq təşkilatlar, bəzi sapı özümüzdən olan baltalar bununla bağlı ölkəmizə, Azərbaycan iqtidarına qarşı zaman-zaman ədalətsiz, haqsız, böhtan və iftira dolu mövqe sərgilməyə, bundan istifadə edib, məkrli məqsədləri üçün ölkəmizin, iqtidarın üzərinə gəlməyə cəhd etsələr də, istəklərinə, istədiklərinə nail ola bilməyiblər. Nə dünən istədiklərinə nail olublar, nə bu gün nail olurlar, nə də sabah nail ola biləcəklər. Çünki əllərində bircə dənə olsun konkret fakt və arqument yoxdur, ola da bilməz. Hamısı uydurma, yalan…

Həm də demokratiya, siyasi azadlıqların təmin olunması, siyasi islahatların davamlı və geridönməz xarakter daşıması bizim-Azərbaycanın özünün könüllü seçimidir. Bu, bizim, ölkəmizin, dövlətimizin, dövlət başçımız-Lider İlham Əliyevin seçimidir. Biz kimsənin diktəsi və təhdidi ilə seçim etmirik. Diktə, təhdid, təsir, təzyiq bizdə alnmır, bunların heç bir faydası və əhəmiyyəti yoxdur. Çünki biz güclü, müstəqil, hüquqi-demokratik, inkişaf, tərəqqi edən ölkəyik. Son iki ayda siyasi islahatlar yönündə atılan ardıcıl və birmənalı addımlar da deyilənləri bir daha əyani şəkildə təsdiqləyir, gözlər önünə sərir.

Azərbaycanda siyasi islahatların davamlılığı məsələsi dünən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir daha vurğulandı. Ölkə rəhbəri yeni Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən, bir daha açıq və birmənalı şəkildə bunları söylədi: “…Hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir”. Elə bilirəm ki, əlavə geniş şərhə, izahata da yer qalmır, hər şey gün kimi, iradə, qətiyyət ortadadır”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Mahir Quliyevin himayəçisi-İSMƏT ABBASOV OLUB?

Read Next

“Gənclərimizin təhlükəsizliyi təmin edilməklə yanaşı, onların təhsilə çıxış imkanlarında qorundu”-MƏZAHİR ƏFƏNDİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir