“Heç kim Allahdan təminat almayıb ki…” – KOMİTƏ SƏDRİ

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” yeni qanun layihəsi hazırlanır.

Etikxeber.az xəbər verir ki, bu haqda Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sentyabrın 20-də keçirilən iclasında adıçəkilən komitənin sədri Eldar İbrahimov məlumat verib.

eldar-5

O, bu sənədin komitənin 2017-ci il qanunvericilik işləri planına da daxil edildiyini söyləyib:

“Bildiyiniz kimi, bizim bu yöndə qanunumuz vardı. Ancaq o qanun işləmədi, effekt vermədi. Mən heç də iddia etmirəm ki, biz yaxşı qanun hazırladıq, amma o yaxşı icra olunmadı. Hesab edirəm ki, həmin qanun o qədər də uğurlu olmadı və xalq tərəfindən də yüksək səviyyədə qəbul edilmədi. Müvafiq icra qurumu da bu qanuna, onun icrasına və təbliğinə bir o qədər önəm vermədi və nəticədə də o qeyri-işlək vəziyyətdə qaldı. Lakin bununla belə, hesab edirəm ki, bu yöndə yeni bir qanuna ehtiyac var. Sığorta məsələsi məhsul istehsalçıları üçün çox vacib məsələlərdəndir. Bəzən məhsul istehsalçılarımız deyir ki, “bəlkə yağış yağmadı, bəlkə sel olmadı, bəlkə təbii fəlakət yaşanmadı, sığorta bizim nəyimiz lazımdır” və sairə. Bu, düzgün yanaşma və düzgün düşüncə tərzi deyil. Heç kim Allahdan təminat almayıb ki, sabah sel, təbii fəlakət olacaq, yoxsa, olmayacaq…Ona görə belə bir qanunun qəbulu vacibdir. Eyni zamanda insanlarımızın düşüncəsində, beynində çevriliş, dönüş etmək lazımdır. Onlara inandırmaq və qəbul etdirmək lazımdır ki, bu, ilk növbədə həmin insanların özü üçün ilk növbədə lazımdır və vacibdir”.

Komitə sədri artıq yeni qanun layihəsi üzərində aidiyyatı qurumlarla, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyi ilə hazırlıq işlərinə başlanıldığını da sözlərinə əlavə edib:

“Hazırda qanun layihəsi üzərində işə başlanılıb və çox güman ki, onu oktyabr ayında komitəmizdə ilkin müzakirələrə çıxara biləcəyik”.

Eldar Quliyev: “Biz xarici ölkələrdə olanda mütəxəssislərlə, məhsul istehsalçıları ilə söhbətlərimiz zamanı onlar bizə bildirirlər ki…

Eldarrrrr

Sözügedən komitənin sədr müavini Eldar Quliyev də belə bir sənədin hazırlanmasının və qəbulunun vacib olduğunu deyib:

“Çox təəssüflər olsun ki, bir neçə il öncə qəbul etdiyimiz qanun müəyyən səbəblərdən işləmədi. Ancaq hesab edirəm ki, bu yöndə yeni və təkmil bir qanuna böyük ehtiyacımız var. Biz xarici ölkələrdə olanda mütəxəssislərlə, məhsul istehsalçıları ilə söhbətlərimiz zamanı onlar bizə bildirirlər ki, bu yöndəki qanundan çox yaxşı yararlana bilirlər. Yəni, qeyd edirlər ki, hansısa təbii fəaləkət baş verəndə ciddi ziyan çəkmir, ciddi narahatçılıq keçirmirlər. Çünki sığortalanıblar və dövlət onlara dəyən zərəri, ziyanı ödəyir. Bu baxımdan, şəxsən mən də belə hesab edirəm ki, nəhayət, yeni bir qanun layihəsinin hazırlanmasına və qəbuluna ciddi ehtiyac duyuklur. Çox əlamətdar haldır ki, komitəmizin qanunvericilik işləri planında da bu məsələ nəzərdə tutulub”.

Komitənin üzvü Novruzəli Aslanov isə bildirib ki, yeni qanun layihəsi hazırlanarkən köhnə qanunun nədən işləməməsi məsələsi geniş araşdırılmalı və ciddi təhlil olunmalıdır:

“Yəni, yeni qanun layihəsində bu məsələlər tam nəzərə alınmalıdır”.

Etikxeber.az

Read Previous

“Əsrin müqailəsini”nin imzalamasından 23 il ötür – DEPUTATLARIN RƏYİ

Read Next

Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq – PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir