“Heç kim düşünmür ki, oturub bir yerdə çay içmək təhlükəlidir…” – KOMİTƏ SƏDRİ

Bu gün Bakıda Avropa Liqasının final oyunu keçiriləcək. Azərbaycan xristian və müsəlman dünyasının, Avropa və Asiyanın qovşağında yerləşir.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə  (MM) keçirilən “Azərbaycan Avropa məkanında” konfransda  çıxışı zamanı Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

O, nəzərə çatdırıb ki, Azərbaycanda müntəzəm beynəlxalq tədbirlər keçirilir: “Bu baxımdan, Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayır”.Markov Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi kimi bir problemin də mövcud olduğunu qeyd edib:  “Cəmiyyətlər öz kimliklərinə getdikcə daha çox diqqət yetirir”.

Prezident Administrasiyasının (PA) Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov  isə Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu xatırladıb: “Ermənistanın ərazisi əvvəllər Azərbaycan torpağı olub, 2 əsr əvvəl ermənilər Çar Rusiyası tərəfindən o ərazilərə yerləşdirilib”. F.Axundov bir əsr əvvəl İrəvanın müsəlman şəhəri olduğunu, Bakıya bənzədiyini bildirib:  “İndi isə İrəvan tamamilə fərqlidir. Hazırda Ermənistan ərazilərimizin 20 faizini işğal edib, orada da etnik təmizləmə aparılıb. Ermənistanda nasizm qəhrəmanlaşdırılır. Ermənistanda nasistlərin heykəlləri daha böyükdür. Mayın 9-da bütün Avropa nasizm üzərində qələbəni bayram edir. Lakin Ermənistanda hələ də nasizm qəhrəmanlaşdırılır”. Sektor müdiri Azərbaycanın Avropa ölkələrində bu mövzu ilə bağlı konfrans keçirməyə hazır olduğunu vurğulayıb.

“Avropa Məhkəməsi bu yaxınlarda “Çıraqov işi” ilə bağlı qərar qəbul edib. Qərarda bildirilib ki, Ermənistan Dağlıq Qarabağ üzərində nəzarətə malikdir”. Bunu da öz növbəsində MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

samad-metbuat kon-foto

S.Seyidov deyib ki, BMT və digər beynəlxalq təşkilatların qərarlarında Azərbaycan torpaqlarının işğalı faktı əksini tapır:  “Bu gün dünyada real və beynəlxalq KİV-lərin təqdim etdiyi Azərbaycan var. Real Azərbaycan sabit, inkişaf edən, beynəlxalq tədbirlərin keçirildiyi Azərbaycandır. Həmin KİV-lərin təqdim etdiyi Azərbaycanda isə guya bunların əksi var, insanların hüquqları pozulur. Strasburqun mərkəzində sinaqoq var, ancaq o sinaqoq təhlükə səbəbindən açılmır. Bu gün Azərbaycanda, Bakıda sinaqoq açıqdır, Avropadan fərqli olaraq, heç kim düşünmür ki, oturub orada bir yerdə çay içmək təhlükəlidir. Bakının mərkəzində erməni kilsəsi də var. Lakin Azərbaycanın işğal olunmuş ərazilərində bir məscid də qalmayıb”.

S.Seyidov Azərbaycan parlamentində rus və yəhudi azlıqların nümayəndələrinin təmsil olunduğunu da xatırladıb: “Azərbaycan islam və demokratiyanın bir arada olması barədə Avropanın tapmadığı sualların cavabını tapıb. Azərbaycanda başı örtülü qadınların sayı Rusiyada başı örtülü qadınların sayından azdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycan Avropa məkanında” adlı BEYNƏLXALQ KONFRANS: “NƏ ETMƏLİYİK?! – SƏMƏD SEYİDOV – YENİLƏNİB – (2)

Read Next

Qarabağla bağlı Kazan prinsipləri ətrafında danışıqlar gedir – RUSİYALI POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir