“Heç kim islahatlara mane olmağı, əngəlləməyi bacarmayacaq…” – MİLLƏT VƏKİLİ

Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanında keçirilən son iqtisadi müşavirə sözün əsl mənasında tarixi hadisəyə çevrildi. Bu müşavirədə həm  son 9 ayın sosial-iqtisadi yekunlarına, həm növbəti ilin büdcəsinə, həm gənclərlə bağlı məsələyə, həm şəfafflıq məsələsinə, həm də islahatlar prosesi və ona mane olan qüvvələrlə əlaqədar bütün məqamlara geniş və hərtərəfli şəkildə toxunuldu.

Dövlət başçısı keçirdiyi müşavirələrdə, konfranslarda əldə edilən uğurlarla yanaşı, həmçinin, həllini gözləyən məqamlarla, o cümlədən, yol verilən nöqsanlarla, məmur bürokratiyası ilə bağlı məsələlərə də hər zaman toxunmuş, birmənalı  mövqeyini ortaya qoymuşdu. Amma budəfəki müşavirədə dövlət başçısı xüsusilə, islahatlar prosesinə mane olan və olmağa çalışan qüvvələrlə bağlı bu qədər sərt, kəskin danışdı, ciddi xəbərdarlıqlarını etdi, hər kəsin öz hərəkətlərinə, davranışlarına çəki-düzən verməsi üçün mesajlarını birmənalı şəkildə səsləndirdi. 

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

iqtisadi musavira

musavira-ilya-5

Millət vəkilinin xatırlatdığına görə, dövlət başçısı konkret şəkildə bəyan etdi ki, bu gün iqtidarda olan bəzi şəxslər islahatlara qarşı çıxış edirlər. Prezidentin sözlərinə görə, çünki aparılan və uğurla davam etdirilən islahatlar onların şəxsi maraqlarına toxunur.

“Eyni zamanda “Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir”-deyən dövlət başçısı vurğuladı ki,  əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir, çünki islahatlara alternativ yoxdur.

“Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq”-deyə, sözlərinə davam edən dövlət başçısı həmin şəxslərə birmənalı və net çəkiildə bəyan etdi ki,  heç kim bu işdə bizə mane ola bilməz.

Hesab edirəm ki, bu fikirlərə əlavə və geniş şərh verməyə də ehtiyac var. Atalar məsələmizdə də deyildiyi kimi, arifə bir işarə də bəs edər. Əgər bu mesajlardan, xəbərdarlıqlardan nəticə çıxarılmasa, həmin şəxslər layiqli şəkildə cəzalandırlacaq, iqtidarla birdəfəlik yollarını ayırmaq məcburiyyətində qalacaqlar. Çünki doğrudan da, əgər Azərbaycanın, dövlətimizin inkişafını, tərəqqini, çiçəklənməsini, imzalar içində növbəti dəfə imzalarını atmasını, dünya siyasətindəki yerini və rolunu daha möhkəmləndirməsini istəyiriksə, islahatlar prosesinin genişlənməsində, dərinləşməsində, bütün sahələrə sirayət etməsində maraqlı və iştirakçı olmalıyıq.

Bu prosesdə tormoz, əngəl rolunu oynamamalıyq, hər birimiz öz işimizdə bu prosesinin öz hədəfinə çatmasında əlimizdən gələni əsirgəməməliyik, töhfəmizi verməyə çalışmalıyıq. Onsuz da bu proses geridönməz və qarşısıalınmaz bir prosesə, hərəkata çevrilib. Kimsə bu prosesi yarımçıq saxlada, durdura bilməz. Çünki bu prosesdə Azərbaycan dövlətinin, ən əsası dövlət başçısının qətiyyəti, iradəsi ortadıdır.

Bununla belə, əgər kimlərsə bu prosesə töhfə vermək əvəzinə, ona əngəl törətməyə çalışacaqlar, o zaman həm Azərbaycan dövlətinin, həm dövlət başçısının, həm də Azərbaycan xalqının sərt və barışmaz mövqeyi ilə qarşılaşmalı olacaqlar.  Hər kəs birdəfəlik bilsin və dərk etsin ki, islahatlar prosesi gedir, getməkdədir və bundan sonra da gedəcək”.

Millət vəkili eyni zamanda, son doqquz ayın sosial-iqtisadi göstəricilərinə toxunaraq, onun müsbət olduğunu, iqtisadi artım təmin edildiyini  vurğulayıb. Qeyd edib ki, konkret olaraq, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur və bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Həmçinin, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər.

ELDENIZ-3

“Bununla bərabər, kənd təsərrüfatında ciddi irəliləyiş müşahidə olunur və 9 doqquz ayda 7 faizdən çox artm yaşanıb. Eyni zamanda, xarici dövlət borcumuz çox aşağı səviyyədədir – Ümumi Daxili Məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə, biz dünya miqyasında doqquzuncu yerdəyik. Dövlət başçısının da dediyi kimi,  qarşıya belə bir vəzifə qoyulub ki,  xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində, bu, nəzərdə tutulur.

Bununla yanaşı, inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur.  Ən önəmli məqam-əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir. Bur yerdə qeyd edim ki, müşavirədə də səsləndirildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il üçün və sonrakı üç il üçün hazırlanmış sosial-iqtisadi proqnoz, makro-iqtisadi proqnoz nəzərə alınıb vəhəmin proqnoza görə növbəti ildə 4,6 faiz inflyasiya səviyyəsi nəzərdə tutulub. Bunun özü də müsbət bir məqamdır.

Həmçinin,  minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir və sair. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır və bu yolda da arxaya baxmadan, sapmadan, dayanmadan öz hədəflərinə doğru inamla, qətiyyətlə, əzmlə irəliləyir. Bu yolda da indiyə qədər  heç bir maneə, əngəl tanınmadığı kimi, hamısı aşıldığı, dəf edildiyi kimi, bundan sonra heç bir maneə və əngəl tanınmayacaq, hamısı aşılacaq, dəf ediləcək…”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Prezidentin gənc kadrlarla bağlı məsələni vurğulaması…” – DEPUTAT

Read Next

“Ermənistan Şahbaz Quliyevlə Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir