“Heç kim pulunu kartda saxlayıb nəğdsiz alış-veriş etmək istəmir…” – EKSPERT

“Təqaüd və maaşlar hesablara oturub, yenə bankomatların qarşısında böyük növbələr yaranıb. Hamı kartda olan pulunu nəğdləşdirməyə çalışır, həmin nəğd pulla da dükandan ərzaq, aptekdən dərman alacaqlar. Heç kim pulunu kartda saxlayıb nəğdsiz alış-veriş etmək istəmir”.

Etikxeber.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib.

O, qeyd edib ki, ölkədə ticarət dövriyyəsinin 95%-ə yaxını nəğd aparılır. Bu da ticarət dövriyyəsinin şəffaflığına mənfi təsir göstərir.

Onun sözlərinə görə, hökumət isə sovet prinsiplərinə sadiq qalaraq bu məsələ ilə də əmrlə  mübarizə aparmaq istəyir. Əslində isə stimullaşdırıcı və təşviqedici addımlar atmaq lazımdır:

“Məsələn: Hər bir kartla ödəniş zamana verilən kassa çeki avtomatik olaraq loteriya biletinə çevrilir, əhali özü kartla ödənişə maraqlı olur, çekləri yığır, ayda 2 dəfə çoxlu sayda qiymərli hədiyyələr və pul vəsaiti uduşa çıxarılır, hər dəfə, azı, 10 min nəfər vətəndaş nəsə udur – vəssalam. Bundan sonra vətəndaşlar özləri kartla ödəniş etməkdə israrlı olacaqlar, çünki biz cəmiyyət olaraq ən çox bəxtə güvənirik, bu tipli oyunlara meyilliyik. Qalstuklu müəllimlər hələ də insanların maraqlarını deyil də, özlərini idarə etməyə çalışırlar, hələ də tək “qamçıdan” istifadə edirlər, “kökə” verməyi bacarmırlar…”

Etikxeber.az

Read Previous

Dəm qazı daha bir can aldı

Read Next

Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0