“Heç kimdən izacə, izn almağa ehtiyacımız yoxdur” – YILDIRIM

“Ölkəmizin başını ağrıdan PKK terror təşkilatının sığındığı ölkə İraqdır”.
Etikxeber.az bildirir ki, “Report”-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
O, bildirib ki, illərdir mülki insanların həyatına qəsd edən, təhlükəsizlik qüvvələrinin əməkdaşlarını şəhid edən PKK terror qruplaşması İraqa sığınır.
İraq rəhbərliyinin ünvanına bir sıra mesajlar göndərən baş nazir rəsmi Bağdadı ölkə ərazisindəki terror təşkilatlarının qarşısını ala bilməməkdə ittiham edib. İŞİD-in sərhədlərdən uzaqlaşdırıldığını deyən Bineli Yıldırım bunun İraqda da təkrarlanacağını gizlətməyib.
“Türkiyənin ərazi bütövlüyünü təhdid edən, vətəndaşları üçün təhlükə olan istər PKK, PYD, YPG olsun, istərsə də İŞİD, onlara qarşı mübarizədə nə lazımdırsa, heç kimdən izacə, izn almağa ehtiyacımız yoxdur” – deyə, baş nazir PKK terror qruplaşması silahlılarının İraqın şimalında gizləndiklərini vurğulayıb.
Etikxeber.az

Read Previous

Prezident həmsədrlərlə nədən danışıb? – YENİLƏNİB

Read Next

Sabah arabir yağış yağacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0