“Heç kimin haqqı, ixtiyarı yoxdur ki, karantin qaydalarına əməl edilməsi məsələsində özünü əlahiddə aparsın…”-MİLLƏT VƏKİLİ

Fevral-mart aylarından ölkəmizdə yaşanan məlum koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi və sərt karantin rejimi çox vacibdir, çox zəruridir. Əgər zamanında, vaxtında, məqamında xüsusi və sərt karantin rejimi tətbiq olunmasaydı, bizi çox böyük itkilər və fəlakətlər gözləyə bilərdi. Məhz xüsusi və sərt karantin rejiminin tətbiq edilməsi, Operativ Qərargahın verdiyi qərarlar, həmçinin, dövlətimizin, dövlət başçımızın gördüyü misilsiz tədbirlər, gərgin zəhmətlər nəticəsində pandemiyanın ağır fəsadlarından yayına, qurtula, Azərbaycan nümunəsi yarada bildik.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, görülən tədbirlərin nəticəsi olaraq, son günlərin müsbət tendensiyası və statististika hər şeyi olduğu kimi, ortaya qoyur.

“Odur ki, hər birimiz-kimliyindən, hansı vəzifəni daşımasından,tutmasından asılı olmayaraq, müsbət dinamikanın qorunub-saxlanılmasına çalışmalıyıq. İmkan verməməliyik ki, yenidən başa dönülsün, sıfır vəziyyətinə qayıdılsın, dövlətin zəhməti yerə vurulsun. Operativ Qərargahın qərarlarına, karantin qaydalarına, “TƏBİB”-in tövsiyələrinə hamılıqla-bir nəfər kimi əməl etməliyik. Heç kimin haqqı-hüququ, ixtiyarı yoxdur ki, karantin qaydalarına əməl edilməsi məsələsində özünü əlahiddə aparsın, özünü qanunlardan, qaydalardan yuxarıda görsün və ya karantin qaydalarını, şərtlərini pozmağa cəhd etsin. Belə bir haqq heç kimsəyə verilməyib. Qanunlar, qaydalar hamı üçündür, hamı onların qarşısında bərabərdir və onlara da əməl etmək hamının, hər birimizinin vətəndaşlıq borcudur, görəvidir. Burada heç kim istisna deyil”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

YAP rəhbərliyi Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlərlə bağlı-NƏ QƏRAR VERƏCƏK? – SİYAVUŞ NOVRUZOVA TÖHMƏT VERİLDİ…-YENİLƏNİB

Read Next

Lalə Şövkət əməliyyat-OLUNDU…-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir