“Heç nə alınmayacaq, “bəlkə də qaytardılar olmayacaq” – DEPUTAT – RƏYLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan xalqı və onun sosial rifah halı dayanır. Azərbaycan dövləti sosialyönümlü bir dövlətdir. Cənab Prezidentin də siyasəti həmişə ondan ibarətdir ki, bizim iqtisadiyyatımız inkişaf etdikcə əhalimizin də sosial müdafiəsi gücləndirilsin.

Etikxeber.az xəbər verir ki, bu fikirləri  deputat Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, iqtisadiyyatdan əldə olunan gəlirlər əhalinin sosial müdafiəsinə, sosial rifah halının güclənməsinə yönəldilir. Bu hər zaman belə olub və həmişə Azərbaycanın siyasətində sosial siyasət prioritet istiqamət təşkil edib.

Onun sözlərinə görə, 2019-cu il isə Azərbaycan dövlətçiliyi tarixində sosial rifah, sosial müdafiə sahəsində xüsusi əhəmiyyətli bir il kimi düşüb və belədə qalacaq.

Millət vəkili deyib ki, məhz bu il ərzində ölkə başçısı tərəfindən böyük sosial paket imzalanıb.

M. Quliyevin dediyinə görə, təxminən 30-a yaxın fərman və sərəncamlar oldu ki, bunlar da əhalimizin sosial rifah halının tam yüksəltməsinə səbəb oldu:

“Bu fərman və sərəncamların nəticəsində 4 milyon 200 min nəfər Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşdı. Pensiyalar, əməkhaqları, təqaüdlər artdı, banklarda olanların problemli kreditləri öz həllini tapdı və s. Bu fərman və sərəncamların içərisində xüsusi yer tutan bir fərman isə minimum əməkhaqqının artırılması ilə bağlı oldu. Bu ilin əvvəlində minimum əməkhaqqı ölkə üzrə 130 manat təşkil edirdi. Cənab Prezidentin sosial islahatlar sahəsindəki birinci paketindəki fərman və sərəncamlar sahəsində minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı.

Yəni, bu rəqəm 50 manat məbləğində artdı. Sonrakı paketdə isə bu rəqəm daha da artırılaraq 250 manata çatdırıldı. Demək olar ki, bir il ərzində minimum əməkhaqqı Azərbaycanda iki dəfə artırıldı ki, bu da dövlətçilik tariximizdə bir ilkdir. Artıq sentyabrın 1-dən bu fərman qüvvəyə minib. İnsanlarımız verilən bu qərardan razıdırlar. Biz seçicilərimizlə görüşdə də onlar cənab Prezidentə minnətdarlıqlarını bildirirlər”.

Millət vəkili həmçinin deyib ki, növbəti mərhələdə bu addımların davamı gələcək, növbəti dəfə artımlar olacaq.

musa-yeni

ELDENİZ-QARDAS

“Minimum əmək haqqının 180 manatdan 250 manata çatdırılması əhalinin sosial müdafiəsini daha da gücləndirəcək”.

Bu fikri isə digər deputat Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50%, hüquq mühafizə orqanlarında çalışanların əmək haqqları 40%, ümum təhsil və peşə təhsilli işçilərinin əmək haqları 20%, ümumiyətlə büdcədən maliyyələşən təşkilatların əmək haqlarıda orta hesabla 40%-ə qədər artıb.

Millət vəkilinin bildirdiyinə görə, ümumilikdə, 1,350 milyon insanın əmək haqları və gəlirləri əhəmiyyətli şəkildə artır. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin nəticəsində baş verir:

“Ölkədə aparılan islahatlar nəticəsində iqtisadiyyat inkişaf edir, əldə olunan gəlirin mühüm bir hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Vətəndaş amili hər şeydən üstün tutulur. Sosial paket reallaşdıqca insanların rifahı yaxşılaşır. Bunlarla bərabər 1 oktyabrdan minimum pensiya artırılması nəzərdə tutulur ki, bu da çox əhəmiyyətli addımdır. Şəxsən belə hesab edirəm və bu qənaətdəyəm ki, bunlar son hədd olmayacaq, bu artımlar davamlı olacaq. Bunu dəfələlərlə cənab Prezident özü də çıxışlarında bəyan edib, vuğrulayıb.

Çünki ölkəmizin, dövlətimizin bunları qarşılamağa imkanı, potensialı yetir, çatır. Bəzi avantürist insanların, dairələrin dediklərinin, iddia etdiklərinin əksinə olaraq, Azərbaycan günü-gündən güclənir, çiçəklənməyə və tərəqqiyə doğru gedir. Həmin insanlar, dairələr nə deyirlər-desinlər, heç nə alınan deyil, heç nə baş tutan deyil, “bəlkə də qaytardılar” olmayacaq, bütün məkrli cəhdlər növbəti dəfə fiaskoya uğrayacaq, necə ki, indiyə qədər uğrayıb. Ağıllarını-əgər varsa-başlarına toplasınlar, “havalanmasınlar” bəziləri… Azərbaycan ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi və mürdik siyasəti, öz davamlı və dinamik inkişaf yolu ilə hələ çox qələbələrə, uğurlara imza atacaq. Bunu hər kəs bilsin, dostlar da, düşmənlər də, “sapı özümüzdən olan baltalar” da…”.

Etikxeber.az

 

Read Previous

Eks-nazir bu dəfə – BAŞ NAZİR OLACAQ…

Read Next

“Üç gündür ki, oğlum, dostları stress vəziyyətindədir…” – DEPUTAT YAZDI VƏ MEDİAYA MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir