Heç vaxt özümü xoşbəxt hesab edə bilmirəm… – ARİF HACILI YAZDI

Siyavuş Novruzov köçkünlər üçün tikilən evlərin onların ata yurdlarından yaxşı olduğunu deyib…

Vətən torpağına münbitliyinə görə qiymət verənlər, ata yurdu ilə qaçqın sığınacağının fərqini anlamaz.

…Şuşada, elə Qarabağın bəlkə hər şəhəri, hər kəndində dəfələrlə olmuşam.

Amma, yalnız 89-93-cü illərdə, Qarabağ müharibə şəraitində olduğu zamanlada.

Oralara heç vaxt istirahət və ya başqa bir səbəbdən getmək qismətim olmayıb.

Yalnız müdafiə məqsədi ilə, həm də vəziyyətin ən ağır olduğu yerlərə getmişəm.

Qarabağda eşitdiyim muğam səsi yox, güllə səsi, top səsi, qrad səsi olub.

İndi ora gedə bilməməyim hər bir vətənini sevən azərbaycanlı kimi məni hədsiz qəzəbləndirir.

Bu, milli qüruruma toxunur. Heç vaxt özümü xoşbəxt hesab edə bilmirəm.

Qarabağ yalnız qarabağlıların yox, bütün azərbaycanlıların vətənidir.

Qarabağ dərdi hamımızındır.

Amma, əsrlər boyu dədə- babalarının qurduğu yurdlardan köçkün düşmüş, doğma yurdlarına, əzizlərinin məzarına gedə bilməyən, sığınacaq alaraq verilən yerlərdə yaşamaq zorunda qalanların, dərdi daha böyükdür.

Hamımız itirmişik, xəyallarda yaşayan şəhərlərin, kəndlərin sakinləri olan qarabağlıların itirdikləri isə daha çoxdur.

Qarabağı qoruya bilmədiyimizə görə hamımız günahkarıq.

Amma, buna görə Qarabağ əhalisini qınamaq, onlara verilən sığınacaq evlərini başlarına vurmaq vicdansızlıqdır.

Arif Hacılı,

Müsavat Partiyasının başqanı

Etikxeber.az

Read Previous

“Siyasi partiyalar haqqında” qanunu cəmiyyətin mənafeləri yönündə yeniləməyə və təkmilləşdiməyə ehtiyac duyulur” – ZAHİD ORUCDAN ÇOX ÖNƏMLİ TƏKLİFLƏR

Read Next

Qaydaları pozan obyektlərin fəaliyyətinə qadağa qoyuldu-DİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir