Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
28 Aprel 1920-ci il, düz 100 il öncə bolşevik Rusiyasının qurucusu Leninin təlimatı ilə onun təcavüzkar və qanlı Ordusu 1918-ci ildə Şərqdə və İslam aləmində ilk demokratik respublika olan- xalqımızın qurduğu Azərbaycan Xalq Cumhuriyyətinin ərazisinin şimalından-Yalamadan hücuma keçərək, yüzlərlə yerli insanı qətl edərək şəhid e və Azərbaycan Demokratik Respublikası olan vətənimizi işğal etdi.
Etikxeber.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Məlahət İbrahimqızı deyib.
“1920-ci ilin 28 aprelindən 1991-ci ilədək olan dövrdə xalqımız bolşevik-Sovet imperializminin törətdiyi çox ağır zülmü, repressiyaları, deportasiyaları yaşadı. İrəvanın, Zəngəzurun, Göycənin, Qarabağın itirilməsi, 20 Yanvar və Xocalı faciələri kimi qanlı olaylar tariximizin qan yaddaşına əbədiyyən həkk olundu…”-deyə, o, əlavə edib.

Etikxeber.az





