“Heç yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir…”-TURAL GƏNCƏLİYEV

Azərbaycanın Silahlı Qüvvələri cəbhəboyu əməliyyatlar həyata keçirərkən Fransa Prezidenti Makron və digər fransız siyasətçilərin ölkəmizə qarşı fikirləri qəbul edilmir, biz bu fikirləri rədd edirik.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

Millət vəkili parlament kürsüsündən Makrona müraciət edib.

“Əgər onun doğub böyüdüyü şəhər işğal olunsaydı, nə edərdi?! Fransanın səfiri ilə görüşlərimizdə də dəfələrlə o, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bəs indi niyə Makronun fikri dəyişib? Şübhəsiz ki, bunun arxasında ermənipərəst qüvvələr və erməni lobbisi durur. Makron bu bəyanatı ilə göstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrliyi institutu heç kimin monopoliyası deyil. Fransa buradan dərhal uzaqlaşdırılmalıdır. Çünki heç yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən çəkilməlidir…Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılmalıdır…”-SƏMƏD SEYİDOVDAN SƏRT SÖZLƏR

Read Next

“Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir”-Sahibə Qafarovanın fikirləri-ALQIŞLARLA QARŞILANDI, FRANSA SƏFİRİNİN XİN-Ə ÇAĞIRILMASI, ADIÇƏKİLƏN ÖLKƏNİN HƏMSƏDRLİKDƏN UZAQLAŞDIRILMASI TƏLƏB, MM ADINDAN BƏYANAT VERİLMƏSİ TƏKLİF EDİLDİ… – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir