Helikopter qəzasında həlak Şəhid statusu veriləcək-RƏSMİ

Helikopter qəzasında həlak olanlara qanunvericiliyə əsasən şəhid statusu veriləcək.

Etikxeber.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı bildirib.

DSX rəisi qeyd edib ki, təlim zamanı həlak olan hərbçilərə qanunvericiliyə uyğun olaraq, şəhid statusu verilir:

“Qanunvericilik hərbi təlimlərdə həlak hərbi qulluqçulara avtomatik olaraq şəhid statusunun verməsini nəzərdə tutur”.

Sonra “Pilot ən yüksək səviyyədə, ağır şəraitlərdə uçuşlara təlimatlı olan pilotlarımızdan biridir. Polkovnik Füzuli Cavadov. Hansı ki, hələ Birinci Qarabağ müharibəsində iştirak edib”-deyən DSX rəisi bildirib ki, helikopter tamamilə yeni helikopterdir:

““Qara qutu” tapılıb. “Qara qutu” Baş Prokurorluqdadır. Hazırda hadisənin səbəbi barədə dəqiq bir şey demək mümkün deyil. Dəqiq onu deyə bilərik ki, hər hansı kənar təsirdən söhbət gedə bilməz”.

Elçin Quliyev qeyd edib ki, hadisə baş verdiyi barədə xəbər alan kimi hadisə yerinə gedib.

Etikxeber.az

Read Previous

“Azərbaycan Bayrağı” ordenli, 5 medallı-DEVRAN NAİBOVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: BU GÜN 28 YAŞI TAMAM OLDU – MƏZARI ZİYARƏT EDİLDİ, MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Ərdoğan Əliyevə-BAŞSAĞLIĞI VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir