Helikopter qəzaya uğradı: TÜRKİYƏDƏ 13 HƏRBÇİ DÜNYASINI DƏYİŞDİ – YENİLƏNİB

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Etikxeber.az-ın verdiyi xəbərə görə, insident Şırnak vilayətində qeydə alınıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. Ölənlər və yaralananlar barədə məlumat daxil olmayıb.

İlkin ehtimala əsasən, helikopter elektrik xəttinə dəyərək qəzaya uğrayıb. Hadisə yerinə xilasedicilər göndərilib.

***

Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.

“Milliyet”-in verdiyi xəbərə görə, yerli vaxtla saat 20:55 radələrində “Cougar” markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində elektrik xəttinə toxunaraq yerə düşüb.

Məlumata görə, axşam saatlarında havaya qalxan və içərisində Sərhəd Diviziya komandiri, general-mayor Aydoğan Aydın, eləcə də polkovnik və polkovnik-leytenantların da olduğu hərbi helikopterlə İraq sərhədində əlaqə kəsilib. Bir müddət sonra helikopterin qəzaya uğradığı müəyyən edilib.

Hadisə yerinə helikopter və zirehli vasitələrlə çox sayda əsgər və təcili yardım briqadaları cəlb edilib. Türkiyənin müdafiə naziri Fikri İşıq  hadisə yerinə yollanıb. Hadisə ilə əlaqədar araşdırma davam edir.

Etikxeber.az

Read Previous

Almas İldırımın oğlu: Bu gün Azərbaycan xalqı atamın arzu etdiyi müstəqil dövlətdə yaşayır – FOTO

Read Next

“Orada bir hadisə baş versə, Avropa üçün çox böyük təhlükə yaradar…” – ZİYAFƏT ƏSGƏROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir