“Hesablama Palatası haqqında” qanun da dəyişdirilir

Komitə sədri: “Dəyişikliyə əsasən, vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, təxirə salınmadan müvafiq materiariallar müvafiq icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərməlidir” 
Sentyabrın 15-də Milli Məclisin  (MM) 2017-ci ilin payız sessiyası dövründə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib. 
ziyad
Etikxeber.az xəbər verir ki, adıçəkilən komitənin sədri Ziyad Səmədzadə gündəlikdəki 20 məsələ barədə məlumat verib. Srağagün  “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasına dair imzalanan Sazişdən danışan Z. Səmədzadə bildirib ki, bu saziş Azərbaycan üçün çox əhəmiyyətlidir. Bundan sonra da Azərbaycan iqtisadiyyatı həm neft, həm də dayanıqlı iqtisadiyyat hesabına daha da inkişaf edəcək. İclasda iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2017-ci ilin yaz sessiyası ərzində gördüyü işlərdən və 2017-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı barədə danışılıb.Komitə sədri qeyd edib ki, bu ilin yaz sessiyası çox məhsuldar keçib. Yaz sessiyasında 17 iclas keçirilib, 122 məsələ, o cümlədən 120 qanun layihəsinə dəyişiklik edilib. Z.Səmədzadə bildirib ki, bu payız sessiyası da məhsuldar olacaq.

İclasda Xəqani Sərxan oğlu Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi məsələsi müzakirə edilib. Z.Səmədzadə bildirib ki, Mərkəzi Bankın rəhbərliyi X. Abdullayevin işdən ayrılmaması üçün əlindən gələni edib: “Mərkəzi bankın rəhbərliyi çox çalışırdı ki, Xəqani müəllim işdən ayrılmasın. Xəqani Abdullayev çox savadlı və peşəkar kadrdır”. Z. Səmədzadə əlavə edib ki, X. Abdullayevin vəzifəsindən azad olunması ilə bağlı komitənin rəyi var.

Deputatlar, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında” 1996-cı il 16 sentyabr tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında, “GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında” Protokolun təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Dövlətlərarası Aviasiya Komitəsi arasında aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət haqqında” Sazişin təsdiq edilməsi barədə, “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” Sazişin təsdiq edilməsi haqqında qanun layihələrinə baxıblar. Həmçinin “Hesablama Palatası haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirə edilib. Qanun layihəsində “Hesablama Palatası haqqında” qanunun Hesablama Palatasının əsas funksiyalarını nəzərdə tutan 2-ci maddəsinin 11-ci abzasına dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, dövlət əmlakının idarə edilməsinə, onun barəsində Sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda, həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərməlidir.

İclasda, həmçinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Rəsmi statistika haqqında”, “Azərbaycan Mərkəzi Bankı haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Nəqliyyat haqqında”, “Yaşayış minimumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İnvestisiya fondları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələrdə dəyişikliklər müzakirə edilib.

Müzakirə olunan bütün məsələlər MM-in  payız sesiyasının plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

“Bu hadisə xalqlarımız arasında əməkdaşlığın davamıdır”- MEHRİBAN ƏLİYEVA – FOTO

Read Next

Vahid Əhmədov Rüfət Aslanlını və qurumunu sərt tənqid etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir