Hesablama Palatasının fəaliyyət istiqaməti genişləndirilir və…

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 7-də keçirilən iclasında “Hesablama Palatası haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub.

Etikxeber.az məlumat verir ki,  qanuna təklif olunan dəyişikliyə əsasən Hesablama Palatasının fəaliyyət istiqaməti genişləndirilir.

Belə ki, Palatanın fəaliyyət istiqamətləri ilə bağlı qanunun 6.0.2. bəndinə təklif olunan dəyişikliyə görə, Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcəsinin, o cümlədən, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verəcək.

hesablama

Buna qədər isə Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verib.

Təklif olunan digər dəyişikliyə görə, Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxması və inzibati tənbeh tətbiq etməsi hüquqları ləğv edilir.

Qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Lisenziyaya görə dövlət rüsumu alınmayacaq – DƏYİŞİKLİKLƏR

Read Next

Parlament seçkiləri 2020-ci ildə keçiriləcək – ƏLİ ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir