Milli Məclisdə (MM) Hesablama Palatasının hesabatı dinlənilir.
Etikxeber.az-ın xəbərinə görə, parlamentin növbəti plenar iclasında hesabatla Palatanın sədri Vüqar Gülməmmədov çıxış edir.
O, hesabat ilinin uğurlu olduğunu bildirib.
Palata sədri eyni zamanda, son hesabatın əvvəlki hesabatlarla müqayisədə məzmun baxımından xeyli fərqləndiyini söyləyib.
V. Gülmməmədov Palatanın fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsinə də geniş üstünlük verildiyini bildirib.
” Hesabat ilində Palata tərəfindən respublika üzrə 12-si təhlil olmaqla, 77, Naxçıvan Muxtar Respunlikası üzrə 10-u təhlil olmaqla, 19 nəzarət işinin başlanılmasına qərar verilib…”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az