Hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil olunmayacaq

Bununla bağlı “Nağdsız hesablaşmalar haqqında” qanuna müvafiq dəyişiklik edilir

İyunun 6-da Milli Məclisdə (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

Etikxeber.az-ın məlumatına görə, iclasda bir sıra qanun layihələri müzakirə olunub. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclası açaraq gündəlik barədə məlumat verib.

İclasda “Valyuta tənzimi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Turizm haqqında”, “Təhsil haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Əmək pensiyaları haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlarda, Əmək, İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılıb. Eyni zamanda, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə təqdim edilib.

Z, Səmədzadə diqqətə çatdırıb ki, dəyişikliklərin əksəriyyəti uyğunlaşdırma xarakteri daşıyır. Bildirilib ki, “Valyuta tənzimi haqqında” Qanunun 14-1-ci maddəsinin mətni yeni redaksiyada veriləcək. Belə ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya Azərbaycandan çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Daha sonra “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Sənədin 3.4.4-cü maddəsində nəzərdə tutulmuş hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil olunmur.

Sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsinə baxılıb. Belə ki, Qanunun 12.2-ci maddəsinə “dövlət büdcəsinə” sözlərindən sonra (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna)” sözləri əlavə ediləcək.

Etikxeber.az

Read Previous

“Casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür” – QARALOV

Read Next

Azərbaycan DİN Rusiya ilə sərhəddə keçirilmiş əməliyyat barədə məlumat yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir