Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı Dövlət Universitetində (BDU) mərhum dövlət başçısı Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Etikxeber.az xəbər verir ki, əvvəlcə H. Əliyevin universitet foyesindəki büstü önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra anım mərasimi BDU-nun Heydər Əliyev Mərkəzində davam etdirilib.

Universitetin rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixi xidmətlərindən, Azərbaycan elm-təhsilinə, o cümlədən Bakı Dövlət Universitetinə qayğısından bəhs edib. H. Əliyevin BDU-nun dünya şöhrətli məzunu olduğunu vurğulayan rektor universitetin yubileylərinin keçirilməsinə göstərdiyi diqqəti xüsusi ilə qeyd edib.
“Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir” fikrini səsləndirən rektor Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu siyasətdən də danışıb.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov və Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış ediblər.
Çıxışçılar H. Əliyevin Azərbaycan tarixindəki önəmli siyasətindən, reallaşdırdığı layihələrdən və Prezident İ. Əliyevin həmin siyasətin uğurlu davamçısı olmasından bəhs ediblər.
Sonda BDU-nun Jurnalistika fakültəsi tələbələrinin ümummilli liderə həsr olunmuş video-çarxı nümayiş etdirilib.
Etikxeber.az





