“Heydər Əliyev bir ailənin oğlu kimi dünyaya gəldi, amma…” – DEPUTAT

“Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi, o cümlədən, dünya siyasətində yeri və mövqeyi, idarəçilik məktəbinin digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxıb.

Parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma, parçalanma, vətəndaş müharibəsi, qardaş qırğını, etnik separatizm təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və dövlətin bütün atributlarını qurub-yaradan Ümumilli Lider Heydər Əliyevin vətən və xalq qarşısında xidmətləri əvəzsizdir, misilsizdir”.

Etikxeber.az verir ki, bunu millət vəkili Eldəniz Səlimov mərhum dövlət başçısı Heydər Əliyevin qarşıdan gələn növbəti anım günü ilə bağlı fikirlərini səsləndirərkən deyib.

“Bu gün titanik inkişaf və tərəqqi yolunu tutan güclü Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dönmədən, ardıcıllıqla  irəliyə doğru aparılır. Ölkəmiz artıq dünya birliyində öz məxsusi yerini tutub.

Azərbaycanın ayaqüstdə durmasına, güclü inkişafına, qüdrətinə görə də təbii ki, bu iki şəxsiyyətə- Heydər Əliyev  və İlham Əliyevə borcluyuq. Onlarsız Azərbaycanı təsəvvür etmək mümkün deyil.

Bir sözlə, Heydər Əliyev bir ailənin oğlu kimi dünyaya gəldi, amma bütöv bir xalqın oğlu kimi milyonların qəlbində silinməz izlər buraxdı, onların kədərilə əbədiyyətə qovuşdu”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Ərdoğan qəzaya uğradı- FOTO – VİDEO

Read Next

“Kataklizmlər dünyanın bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşə bilməzdi” – AZƏR BADAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir