“Heydər Əliyev dedi ki, hamının ailəsi var…” – TƏRLAN MUSAYEVA

Tərlan Musayeva: Həm bu günümə, həm keçmişimə, həm də gələcəyimə görə Göydə Allahıma, Yerdə Heydər Əliyevə borcluyam

Heydər Əliyev barədə günlərlə danışsam, yenə kifayət etməz. Onunla bağlı fikirlərim, xatirələrim həddindən artıq çoxdur. Məni Tərlan Musayeva edən o kişi olub. Göydə Allahım, Yerdə Heydər Əliyev mənim arxa-dayağım, qol-qanadım olub. Mən ondan özümə daim atalıq qayğısı görmüşəm. O mənə daim övladlarından biri kimi yanaşıb, qayğı, diqqət göstərib. İstər birinci hakimiyyəti dönəmində, istər ikinci hakimiyyəti dönəmində həmişə mənimlə maraqlanıb, axtarıb, tapıb, söhlətləşib, dərdləşib.

Etikxeber.az xəbər verir ki,  bunu məşhur əmək qəhrəmanı, keçmiş SSRİ Ali Sovetinin deputatı, ilk çağırış MM-in üzvü, sabiq millət vəkili Tərlan Musayeva dilə gətirib.

O, H. Əliyevlə bağlı xatirələrinin həddindən artıq çox olduğunu bildirib:

“Heydər Əliyev o zamanlar hər dəfə Bərdəyə gələndə mənilmlə görüşərdi, mənimlə görüşməmiş Bərdədən ayrılmazdı. Bir dəfə yadımdadır, yenə Heydər Əliyev Bərdəyə gəlməli olur, ancaq nədənsə, rayon rəhbərliyi məni protokola daxil etdirmir. Heydər Əliyev rayona gələrkən, bizimlə qonşu kənddən keçən zaman mənimlə maraqlanır, deyir ki, bəs  Tərlan niyə  yoxdur, onun kəndi buraya yaxındırmı? Deyirlər ki, elə bizimlə qonşu kənddəndir, təsərrüfatı da bizə yaxındır. Özünüz də bilirsiniz, hər bir səfər öncəsi qarşılama mərasimi üçün xüsusil hazırlıq işləri görülər, milislər, hüquq-mühafizə orqanlarının əməkdaşları yollara düzülərdi. Mən də təssərrüfatda, öz işlərimlə məşğuluydum. Bir də gördük ki, kimsə maşınla gəlir, toz-duman da aləmi götürüb.

Çatanda gördük ki, rayonumuzun Milis Şöbəsinin rəisi Məhər Quliyevdir, dedi ki, hazırlaşın, Heydər Əliyev bura gəlir. Hamımızı həyacan götürdü, nə edəcəyimizi bilmirdik. Mən tez özümə nahar etmək üçün gətirdiyim azuqəni, çörəyi, duzu, lavaşı bir padnosa süfrə salıb yığdım, həmçinin, bir gül dəstəsi düzəldib, pambıqçı qızlardan birinə verdim ki, Heydər Əliyevi qarşılayarkən təqdim edək. Heydər Əliyev gəldi, özü də mühaifəsiz, filansız, çox sərbəst şəkildə. Hər kəslə səmimi şəkildə görüşdü, o cümlədən, mənimlə də. Dedim ki, kəndimizə, təsərrüfatımıza gəlmsiniz, heç olmasa, sizi duz-çörəklə qarşılayaq. Heydər Əliyev bundan şad oldu, lavaşdan götürdü və dedi ki, Naxçıvan lavaşı yadıma düşdü, amma Ordubad pendiri də olsaydı, lap əla olardı. Mən də Həcər xalaya dedim ki, çatamda pendir var, tez onu gətir. Dedim ki, Heydər Əliyeviç Ordubad pendirimiz yoxdur,amma Qarabağ pendirimiz var. O da pendirdən bir az götürüb lavaşını içinə qoyub yedi və dedi ki, çox gözəl dadır. Bəs bu lavaşı kimi bişirib? Dedim ki, nənəm. Dedi ki, halal, əlləri var olsun, bu, həm də öz halal əməyinin, halal qazancının məhsuludur…”.

Tərlan_Musayeva_(1980)

terlan19

Tərlan Musayeva-1

Tərlan Musayeva-2

Tərlan Musayeva-3

T.Musayeva eyni zamanda, keçmiş SSRİ Ali Sovetinin üzvü olan dövlərdə yaşananları xatırladıb:

“Siyasi Bürönün üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyev həm də SRRİ Ali Sovetinin  deputatı idi. O vaxtı SSRİ Ali Soveti də iki palatadan Millətlər və İttifaq Palatasından ibarət idi. İttifaq Palatası da daha nüfuzlu idi və bizim hər ikimiz İtiifaq Palatasının üzvüydük. Bütün iclaslarda da görüşür, hətta, stollarımız belə yanaşıydı. Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman yuxarıda əyləşərdi. Onun yerində isə rəhmətlik Zərifə xanım oturardı. Zərifə xanım onun həm həyat yoldaşı, həm ən yaxşı silahdaşı, həm də həkim-nəzarətçisi idi. Heydər Əliyev üçün çox böyük həyəcan keçirərdi, deyərdi ki, gərək dərmanın vaxtı keçməsin, gərək bu qədər həyəcanlanmasın və sair. Yəni, Zərifə xanım o dərəcədə Heydər Əliyevə bağlı bir insan idi. Heydər Əliyev Siyasi Bürodan istefa verib gedəndən sonra isə aşağıda, mənimlə eyni sırada və yanbayan əyləşdi.

O vaxt artıq çoxları ondan uzaqlaşmağa başladı, Azərbaycanın birinci katibindən tutmuş bir çox vəzifə sahibləri də SSRİ Ali Sovetnin deputatları idi, ancaq onlar Heydər Əliyevə yaxınlaşmağa ürək etmirdilər, çəkinirdilər. Bu isə istər-istəməz ona təsir edirdi. Onu da deyim ki, o daha çox bizlərlə, sıravi insanlarla, yəni, əmək, zəhmət insanları olan deputatlarla daha çox ünsiyyətə üstünlük verirdi. Xüsusilə də, mənimlə hər bir məsələdən danışırdı. Ailə məsələlərindən tutmuş, dövlət, siyasət məsələlərinə qədər mənə hər şeyi danışırdı. Mən də şəxsi ehtiyaclarımı deyil, bütün sirrlərimi, bütün düşündüklərimi onunla bölüşürdüm. Aramızda belə bir səmimi, ata-bala münasibətləri vardı. Bunları etməyə də bilərdi, mən adi bir əmək, zəhmət adamı, o isə nəhəng dövlət və siyasət xadimi. Amma o mənimlə o qədər səmimi idi ki, bütün məsələlərdən, başına gələnlərdən, Qarabağ məsələsindən, hətta, onun dövründə ermənilərin gizli oyunlarından, ancaq onların vaxtında qarşısının alınmasından bəhs edərdi və  son zamanlar Qarabağda baş verənlərdən üzüntüylə söz açardı.

Həmçinin, deyərdi ki, kimisə qınamıram, hamının ailəsi, vəzifəsi var, onları da başa düşürəm, istəmirəm mənə görə təzyiqlərə, sıxıntılara məruz qalsınlar. Hətta, mənə də deyərdi ki, sən cavansan, qadın xeylağsan, mənə görə özünü çətin vəziyyətə salma, mənimlə bağlı hər yerdə fikirlərini açıq şəkildə bildirmə, sənə də ziyan, xələl yetirirlər…Bu, Heydər Əliyevin nə qədər böyük ürək sahibi və şəxsiyyət olmasından irəli gəlirdi, bunu hər kəs bacara, edə bilməzdi.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra da mənimlə maraqlandı, dəfələrlə görüşlərimiz oldu. Bir dəfə ikilikkdə bir saatdan artıq söhbətimiz oldu, gəldi, mənimlə üzbəüz əyləşdi, çox şeylərdən danışdı. Sanki ürəyini boşaldırdı. Mən də bir böyük şəxsiyyət və bir mənəvi atam kimi ona hər şeydən danışırdım. Əvvəl məni həyəcan bürüsə də, onun isti, səmimi münasibəti bir anın içərisində o həyacanı mənə unutdururdu, onunla söhbətləşir, dərdləşrdim. Mənə icra başçısı vəzifəsi təklif etsə də, imtina etdim. Onda dedi ki, artıq Rayon Xalq Deputatları Soveti ləğv olunmaq üzrədir, icra başçılığını istəmirsən, heç olmasa, deputatlığa namizədliyini irəli sür. Düzünü desəm tərəddüd içindəydim, çünki uşaqlarım körpə idi, Bakıda evimiz yoxuydu. Ancaq 1995-ci ildə namizədliyimi irəli sürdüm və deputat seçildim. Həmin vaxtdan da Bakıda köçüb yaşamalı olduq. Mənə Bakıda mənzil də verdirdi.

2000-ci ildən də heç bi yedrdə işləmirəm, ancaq bu gün də onun çörəyini yeyirəm. Həm deputat pensiyası alıram, həm də prezident təqaüdü. Mən həm bu günümə, həm keçmişimə, həm də gələcəyimə görə Göydə Allahıma, Yerdə bu İnsana borcluyam. Mən yaxınlarımdan görmədiyim sevgini, diqqəti, qayğını bu İnsandan görümüşəm. Məni mən edən Heydər Əliyev olub. Buna görə də daim o İnsanın qarşısında, onun ruhu önündə borcluyam. Hər zaman  ona dua edirəm, hər bir məclisdə onu “Quran” oxutdururam, hətta, əzizlərimdən öncə onun adını yazıb verirəm. Allah o böyük İnsana qəni-qəni rəhmət, ruhunu şad etsin, torpağı sanı ailə üzlərinə, əzizlərinə can sağlığı versin”.

TERLANN-1

TERLANN-5

TERLANN

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri start götürür – BU GÜN

Read Next

Ziyad Səmədzadə ötən bir ili necə dəyərləndirdi? – BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir