Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsini üzərinə götürdü…

Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb.

Etikxeber.az xəbər verir ki, bu barədə APA-ya O. Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu həyat yoldaşının müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq.

 F. Gülalıyeva Heydər Əliyev Fondundan ona zəng edərək, O. Gülalıyevin vəziyyəti ilə maraqlandıqlarını deyib.

O qeyd edib ki, Fond Oktay Gülalıyevin müalicəsi üçün Türkiyədən həkimlər dəvət edib.

F. Gülalıyeva həyat yoldaşının vəziyyətinin ağır olduğunu da deyib: “Oktayın vəziyyəti çox ağırdır, komadan ayılmayıb”.

Qeyd edək ki, Oktay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Hazırda müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Etikxeber.az

Read Previous

“Maaş aşağı olacaqsa…” – FAZİL MUSTAFA BÜDCƏ MÜZAKİRƏLƏRİNDƏ SƏRT DANIŞDI

Read Next

“Funksional əməkdaşlıq barədə razılığa gəlindi” – “MÜSAVAT” BAŞQANI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir