Heydər Əliyev kimi tarixi şəxsiyyətlər unudulmur – MİLLƏT VƏKİLİ YAZDI

Heydər Əliyev öyrənilməmiş bir dünyadır

Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir.

Tarixi şəxsiyyətlər unudulmur.

Nadir tarixi şəxsiyyətlər isə əbədi olaraq yaddaşlara həkk olunur. Onlar təkcə mənsub olduqları xalqın deyil, bəşəriyyətin əvəzsiz inciləridir. Dünyada həyat həmin insanların xidməti hesabına, onların çiyinləri üstündə bərqərar olur. Azərbaycan xalqı Heydər Əliyev dühası ilə daim fəxr edir və əbədi olaraq fəxr edəcəkdir.

Ümumilli Lider Heydər Əliyev haqqında çox yazılıb, onun irsi hərtərəfli təhlil edilir, lakin bu prosesin sonu yoxdur.

Çünki Heydər Əliyev öz xalqı və müstəqil dövlətimiz üçün elə xidmətər göstərib ki, hər bir nəsil onun gördüyü işləri nümunə kimi götürməli, tövsiyələrini heç vaxt unutmamalıdır.

Heydər Əliyev nadir , tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu , xalqımızın həyat fəaliyyətinin mayakı olmalıdır. Onun həyat fəaliyyətinə təkrar-təkrar müraciət etməliyik, analız edib nəticələr çıxarmalıyıq.

Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirdi, müstəqil Azərbaycan dövlətinin memarı oldu. Heydər Əliyevin həyat və fəaliyyəti azərbaycan tarixinin bir hissəsi və bu tarixin ən şanlı şəhifələrindəndir. Bu dahi şəxsiyyətin həyat və fəaliyətini öyrənmək, onun gördüyü işlərin başladığı ıayihələrin tarixi əhəmiyyətini dərk etmək özü bir tarix məktəbini bitirmək idi.

“Müstəqil Azərbaycan dövləti və dövlətçiliyi Heydər Əliyevin şah əsəridir”– bu təkcə biz azərbaycanlıların deyil, Heydər Əliyevin qurduğu dövləti tanıyan, onunla hesablaşan əcnəbilərində dərin etirafıdır.

Ölkəmizdə bərqərar olan sabitlik, həyatın bütün sahələrində qazanılan uğurlar Heydər Əliyevin məhz bu cür şəxsiyyət olduğunu göstərdi. Bu sabitlik və əmin-amanlıq nəticəsində nəhəng islahatlar həyata keçirildi, qərb standartlarına uyğun qanunvericilik aktları qəbul edildi.

Siyasət aləmində misli-bərabəri olamayan bu dahi şəxsiyyət Azərbaycanı qısa müddətdə bütün dünyaya tanıtdı, xalqımızın dünya xalqları arasında möhkəm yer tutması üçün nə lazımdırsa etdi.

Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir.

İmzalar içərisində millətimizin də imzası aydın görünür.

heydər

İndi planetimizin çox yerindən dünyada ən böyük enerji layihələrin gerçəkləşdiyi Azərbaycana yönəlib. Təkcə biz yox, bütün dünya bilir ki, “Əsrin müqaviləsi”nin və digər neft kontraktlarının və misilsiz əhəmiyyətə mailk neft kəmərinin reallaşması Heydər Əliyevin xidmətidir.

Bu gün müasir Azərbaycan özünəməxsus inkişaf yolu ilə gedir.

Bu inkişafın təməl daşları Ümumilli liderimiz Heydər Əliyevin çiyinləri üzərinə hörülüb.

Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər imzaladığı fərman və sərəncamlar, xalqla bir başa ünsiyyətdə olması ümumilli lider tərəfindən başlanmış işlərin məntiqi davamıdır.

Memari və qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycan bu gün dahi şəxsiyyətin xalqımıza ən böyük töhfəsidir.

Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı qoruyub yaşatmaqdır!

eldeniz-eldeniz

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Arsenal”–“Qarabağ” oyununun hakimləri müəyyənləşdi

Read Next

Şərqşünaslıq İnstitutunda Ziya Bünyadovun barelyefinin açılışı oldu… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir