Heydər Əliyev Sarayında “Mənim dünyam” adlı konsert düzənləndi

Sentyabrın 29-da Heydər Əliyev Sarayında tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi mahnılardan ibarət konsert proqramı təqdim edilib.

Etikxeber.az xəbər verir ki, “Mənim dünyam” adlı konsert proqramında, respublikamızın sevilən və populyar sənətkarları Xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Səkinə İsmayılova, Mənsum İbrahimov, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Bəyimxanım Mirzəyeva, Yadigar Muradov, tanınmış müğənnilər Nazim (faytonçu), Tacir Şahmalıoğlu, Mirkamil Mirkamilov, Könül Məmmədli və Yaşar Muradov iştirak ediblər.

Müğənniləri səhnədə Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşayiət edib.

Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Ələkbər Tağıyev mahnı yaradıcılığı dövründə görkəmli sənətkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarova, Xalq artistləri Məmmədbağır Bağırzadə, Nisə Qasımova və digərləri ilə əməkdaşlıq edib. Ələkbər Tağıyevin mahnıları bu sənətkarların yaradıcılığında xüsusi yer tutub. Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları xarici müğənnilərin repertuarına daxil olub.

Etikxeber.az

Read Previous

“Əraf mühitin mühafizəsi hökumətin vəzifəsi olsa da, qeyri-hökumət təşkilatlarının, gənclərin bu prosesdə iştirakı zəruridir”- LEYLA ƏLİYEVA

Read Next

Norveç millisi Azərbaycana gələcək heyətini açıqladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir