Heydər Əliyevin anım günü ilə bağlı bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulacaq-SABAH

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

Etikxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.

Bildirilib ki, dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri Xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

“Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini, ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik”, – məlumatda deyilib.

Etikxeber.az

Read Previous

Əbədiyyətə uğurlanmasından beş il keçən Mingəçevirli Ərzuman Osmanov-CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ, 38 YAŞI TAMAM OLAN ŞAMAXILI FARİZ ŞIXALIYEV… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Həm Şəhid balam, həm ikinci oğlum, həm də özüm Vətənin müdafiəsində dayanmışıq…”-11 DEKABR 2025-Cİ İL TARİXİNDƏ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ, 24 YAŞI TAMAM OLAN QOBUSTANLI ANTİTERROR ŞƏHİD VÜSAL ŞƏHRİYAROVUN ATASI TƏBİYYƏT ŞƏHRİYAROV – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir