Heydərov Lənkəranda vətəndaşların problemlərini dinləyəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 28-də Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən  Etikxeber.az-a verilən məlumata görə, saat 11.00-da başlayacaq qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında 27 oktyabr 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Etikxeber.az

Read Previous

Yeni gəmi ilə sərnişin, vaqonlar və avtomobillər daşınacaq – NAZİR

Read Next

Dövlət başçılarının baş aşpazları da qurultaya toplaşıblar…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir