Heydərov Xaçmazda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 24-də saat 11.00-dan Xaçmaz şəhərində, nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, qəbulda yalnız Xaçmaz, Qusar, Quba, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında fevralın 23-də saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Etikxeber.az

Read Previous

Latviya Dağlıq Qarabağda keçirilən “referendum”u tanımır – NAZİR

Read Next

“Azərbaycan üçün ən pis ssenari…” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir