Heydər Əliyev Beynəlxalq Aeroportu Avropaliqanın finalı üçün xüsusi tədbirlər hazırlayıb

Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün Heydər Əliyev Beynəlxalq Aeroportu çox sayda təyyarə və sərnişinləri qəbul etmək məqsədilə xüsusi tədbirlər planı hazırlayıb.

Bakının hava limanının bütün xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, aeroportun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da əlaqədar olaraq, heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu mayın 28-də və 29-da çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən çox müraciəti təsdiqləyib. Buraya, həmçinin 16 biznes aviasiya reysi daxildir, 2 aviareys ilə futbol komandaları və 10 reys ilə klubların fanatları gətiriləcək. Həmçinin “Türk Hava Yolları”, “Air Arabia”, “Fly Dubai”, “ISRair”, “Jazeera Airways” və sair kimi xarici aviaşirkətlər əlavə uçuşlar yerinə yetirmək üçün müraciət ediblər.

Finalın keçiriləcəyi dövrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan çox sayda sərnişinin rahat keçməsi üçün bütün şərait yaradılacaq.

Qeyd edək ki, Bakının hava limanı artıq böyük beynəlxalq tədbirlərin, o cümlədən İlk Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları və sair kimi idman tədbirlərinin keçirilməsində geniş təcrübəyə malikdir.

Etikxeber.az

Read Previous

Prezident Çex Parlamentinin Deputatlar Palatasının sədrini qəbul etdi – FOTO – YENİLƏNİB

Read Next

“Radikal müxalifət” bu adı öz üzərindən götürsün” – ƏLİ ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir