Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq – “AZƏRAVTOYOL”

Bu gün axşam 22:00-dan Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamət üzrə köməkçi yolda piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən  Etikxeber.az-a verilən məlumata görə, rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq.

“Bu müddət ərzində prospektin köməkçi yolu ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılaraq əsas yola yönəldiləcək” – deyə, məlumatda vurğulanıb.

Bundan başqa, sabah səhər saatlarından etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində isə təmir işləri ilə əlaqədar olaraq 2 gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.

Məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə tətbiq ediləcək.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir” – deyə, məlumatda vurğulanıb.

 Etikxeber.az

Read Previous

Bulvarda gənc oğlan intihar etdi…

Read Next

“Bala hamıya baladı, Allahım” – XALQ ŞAİRİNDƏN KƏSKİN ETİRAZ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir