Hidayət Heydərov Olimpiya çempionu oldu-İLHAM ƏLİYEVLƏ MEHRİBAN ƏLİYEVA İDMANÇIMIZA ZƏNG ETDİ – YENİLƏNİB

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Etikxeber.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.

Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

***

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.

Dövlət başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.

Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb.

O, yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.

Etikxeber.az

Read Previous

Cənnətdəki dördüncü doğum günü, 29 yaşı tamam olan-ŞƏHİD ZAUR İSMAYILZADƏNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “BUĞRA TƏLƏSİ” KİTABININ BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ TƏQDİMAT MƏRASİMİ OLDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Prezident seçkilərinin ikincisi olan Zahid Orucun-6-CI DƏFƏ DEPUTATLIĞA NAMİZƏDLİYİ QEYDƏ ALINDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir