Hidayət Heydərov Avropa çempionu oldu – FOTOLAR- YENİLƏNİB

İsrailin paytaxtı Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.

Etikxeber.az xəbər verir ki, cüdoçumuz Telman Vəliyev (66 kq) səkkizdəbir final döyüşündə ispaniyalı Alberto Martin Qaitero ilə görüşüb. Rəqibindən güclü olan Telman dörddəbir finalda Matteo Medves (İtaliya) ilə qarşılaşacaq. Digər təmsilçimiz Hidayət Heydərov (73 kq) dörddəbir mərhələdə kosovalı cüdoçu Akil Qjakova ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz yarımfinalda rusiyalı Sayan Öndər ilə qüvvəsini sınayacaq.

Səkkizdəbir finalda Yorre Verstraetenlə (Belçika) üz-üzə gələn Davud Məmmədsoy (60 kq) isə çempionatda çıxışını başa vurub.

***

Hidayət Heydərov (73 kq) yarımfinalda rusiyalı Sayan Öndər ilə döyüşünü tam üstünlüklə başa vuraraq adını finala yazdırıb. Hidayət həlledici mərhələdə tatami sahibi – İsrail təmsilçisi Tohar Butbulla qızıl medal uğrunda yarışacaq.

Digər cüdoçumuz Telman Vəliyev (66 kq) dörddəbir finalda Matteo Medves (İtaliya) ilə üz-üzə gəlib. Böyük xal fərqi ilə italiyalı idmançını üstələyən təmsilçimiz yarımfinalda moldovalı Denis Vieru ilə döyüşdən məğlub ayrılıb. O, bürünc medal uğrunda görüşdə Aleksander Raskopine (İsrail) ilə qarşılaşacaq.

***

Hidayət Heydərov (73 kq) həlledici mərhələdə İsrail təmsilçisi Tohar Butbulla qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən gənc cüdoçumuz Avropa çempionu adını qazanıb.

Digər cüdoçumuz Telman Vəliyev (66 kq) dörddəbir finalda Matteo Medves (İtaliya) ilə üz-üzə gəlib. İtaliyalı idmançıya böyük xal fərqi ilə qalib gələn təmsilçimiz yarımfinalda moldovalı Denis Vieruya uduzub. O, bürünc medal uğrunda görüşdə Aleksander Raskopine (İsrail) də məğlub olaraq çempionatı beşinci pillədə başa vurub.

heyd-1

Etikxeber.az

 

Read Previous

Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir